cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

“Olimpiya”nın baş məşqçisi “Qarabağ” haqda

10.07.2018 17:11 Oxundu 2839

"Rəqibi təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. "Qarabağ"ın heyətində bir sıra dəyişikliklər edildiyindən xəbərdarıq". Cempion.az apasport.az-a istinadən bildirir ki, bunu "Olimpiya"nın baş məşqçisi İliya Stolitsa deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Lyublyana təmsilçisinin çalışdırıcısı bu gün mətbuat konfransı keçirib. Yeni baş məşqçi komandasının şanslarını dəyərləndirib.

40 yaşlı serbiyalı mütəxəssis Azərbaycan çempionunun cütlüyün favoriti olduğunu gizlətməyib: "Qarabağ" keyfiyyətli, yüksək səviyyədə təşkilatlanmış komandadı. Yəni Çempionlar Liqasının qrup mərhələsində iştirak etmələri təsadüf deyil. Bu üzdən bizi çox çətin oyun gözləyir. Ancaq hansı səviyyədə olduğumuzu görmək üçün yaxşı sınaq olacaq. Klub rəhbərliyini və azarkeşlərimizi razı salmağa çalışacağıq".

Qeyd edək ki, sabah Lyublyananın "Stojitse" stadionunda keçiriləcək "Olimpiya" - "Qarabağ" görüşünün start fiti Bakı vaxtı ilə 22:00-da veriləcək.