cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Gənc velosipedçilərimizin Türkiyə uğuru

16.07.2018 15:06 Oxundu 3931



Türkiyənin Kastamonu şəhərində 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə təşkil olunan beynəlxalq turnir velosipedçilərimizin uğurlu çıxışı ilə yadda qalıb. Türkiyə Velosiped Federasiyası və Kastamonu Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilən yarışın gənclər kateqoriyasında fəxri kürsün ilk 3 pilləsində Azərbaycan velosipedçiləri qərarlaşıblar.

Məşqçi Asif Həsənovun rəhbərliyi altında Türkiyədə 4 gənc velosipedçimiz – Xankişi İsgəndərov, Mahmud Məmmədov, İvan Orlov və Əli Qurbanov çıxış edib. 100 km-lik marşrutu hamıdan tez Mahmud Məmmədov qət edərək finiş xəttini 1-ci keçib. Yığmamızın digər üzvləri İvan Orlov və Xankişi İsgəndərov isə müvafiq olaraq 2-3-cü yerləri tutublar. Əli Qurbanov 5-ci nəticə göstərib. Yığmamız komanda hesabında da 1-ci olub.