cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Ronaldu "Real"dan vergiyə görə ayrıldı" - La Liqa prezidenti

20.07.2018 15:41 Oxundu 2007

"Yuventus"un yeni transferi Kriştianu Ronaldu "Real"ı yüksək vergiyə görə tərk edib.

Cempion.az qol.az-a istinadən xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas "Marca"ya açıqlamasında deyib: "Ronaldu İspaniya ilə müqayisədə İtaliyada daha çox qazanacaq. Çünki orada vergi az ödəyəcək. İspaniya böyük liqaların olduğu ölkələr arasında ən yüksək verginin alındığı yerdir. Oyunçular burada daha çox pul itirirlər. Bu problemi aradan qaldırmalıyıq. Çünki bu, La Liqanın potensialına zərbə vurur".

Qeyd edək ki, Ronaldu bu ay 112 milyon avroya "Real"dan "Yuventus"a transfer olunub.