cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Səbail"dən növbəti məğlubiyyət

23.07.2018 13:01 Oxundu 2922

Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" bu gün növbəti yoxlama oyununu keçirib.

Cempion.az goal.az-a istinadən xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi Türkiyənin "İstanbulspor" klubu ilə qarşılaşıb. Qarşılaşma "Səbail"in məğlubiyyəti ilə başa çatıb - 0:1.

Xatırladaq ki, Premyer Liqa təmsilçisi Türkiyədəki hazırlıq prosesi çərçivəsindəki əvvəlki yoxlama oyunlarında Qətərin "Ə-Şəhaniyə" klubu ilə heç-heçə edib (2:2), Türkiyənin "Sivasspor" (1:2) və "Gənclərbirliyi" (0:3) klublarına məğlub olmuşdu.