şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Karaman Şeydayevlə bağlı qərarını dəyişir

23.07.2018 13:54 Oxundu 3107

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxışı klubu "Trabzonspor"da müsbət qarşılanıb. Cempion.az apasport.az-a istinadən xəbər verir ki, gənc forvardın komandada qalmaq şansı artıq yüksək qiymətləndirilir.

Sloveniya toplanışına sönük başlayan 22 yaşlı futbolçunun göndərilməsi gündəmdə idi. Lakin getdikcə özünü yaxşı tərəfdən göstərməsi və ikitərəfli oyunda 5 qol vurması baş məşqçi Ünal Karamanı fikrindən daşındırıb. 52 yaşlı mütəxissis indi yığmamızın üzvünün qalmasının tərəfdarıdı. O, Ramili gələn mövsüm əsas hücumçu Burak Yılmaza alternativ qismində görür.

Qeyd edək ki, Ramil Şeydayevin "Trabzonspor"la müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.