cümə axşamı, 25 aprel 2024

VOLEYBOL

Azərbaycanda daha bir voleybol klubu yaradılıb

25.07.2018 10:01 Oxundu 3765

Vergilər Nazirliyində “Şimşək Voleybol Klubu” MMC qeydiyyatdan keçib. Cempion.az xəbər verir ki, bu barədə məlumat rəsmi mətbuatda dərc edilib.

Nizamnamə kapitalı 3 manat olan klubun hüquqi ünvanı Yevlax şəhəri, Azərbaycan prospekti 3 ünvanıdır. Bu il iyunun 4-də dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Fərhad Kərim oğlu Yusubovdur.