26.07.2018 11:55
2640
Nigeriyalı biznesmen Aliko Danqot İngiltərənin “Arsenal” futbol klubunu almaq niyyətindədir. Cempion.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, biznesmen bildirib ki, 2020-ci ildən sonra “Arsenal”a gəlmək niyyətindədir.
O deyib: “Hətta kimsə klubu alsa, biz bu yolla getməyə davam edəcəyik”.
Xatırladaq ki, rusiyalı biznesmen 2007-ci ildən “Arsenal”ın səhmdarıdır.
O, London klubunun səhmlərinin 30 faizini satmaq imkanını nəzərdən keçirir.