28.07.2018 11:31
2165
İtaliyanın “Milan” klubu Argentina millisinin futbolçusu Qonsalo İquaini icarəyə götürməklə bağlı A seriyasının qalibi “Yuventus”la razılıq əldə edib. “Football Italia”ya xəbər verir ki, Milan təmsilçisi 31 yaşlı hücumçunun bir illik icarəsi üçün turinlilərə 15 milyon avro ödəyəcək. Üstəlik, “qırmızı-qaralar” növbəti mövsüm başa çatandan sonra İquaini almalıdırlar.
Keçidlə bağlı yeganə problem argentinalı forvardın illik maaşının 7,5 milyon avro qalmasını tələb etməsi ola bilər.
Qeyd edək ki, “Yuventus” İquaini 2016-cı ilin yayında “Napoli”dən 90 milyona avroya alıb. O, ötən mövsüm Turin təmsilçisinin heyətində keçirdiyi 50 oyunda 23 qol vurub.(Report)