cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Tanınmış futbolçu karyerasını başa vurub

30.07.2018 11:03 Oxundu 2395

İngiltərənin "Çelsi" və İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Mikael Essyen karyerasını başa vurub.

Qana millisinin yarımmüdafiəçisi 35 yaşında futbolla vidalaşıb.

Qeyd edək ki, Essyen ötən mövsüm İndoneziyanın "Persib" komandasının formasını geyinib. O, "Lion"un heyətində 2 dəfə Fransa, "Çelsi"də 2 dəfə İngiltərə çempionu olub, 2012-ci ildə Çempionlar Liqasını qazanıb. Qanalı futbolçu İtaliyanın “Milan” və Yunanıstanın “Panatinaikos” klublarında da çıxış edib. Report