Cümə, 17 avgust 2018

Menu

Cümə, 17 avgust 2018

DÜNYA FUTBOLU

Dünyanın ən böyük 10 stadionundan 8-i ABŞ-da yerləşir

07.08.2018 16:04

Növbəti iki həftə ərzində Avropanın və eləcə də dünyanın ən güclü futbol çempionatlarına start veriləcək. Bu həftənin sonunda isə İngiltərə Premyer Liqasında yeni mövsümün ilk oyunları keçiriləcək. İngiltərə Premyer Liqasında keçirilən oyunlar dünyada azarkeşlər tərəfindən ən çox izlənilən oyunların sırasında ilk yerlərdə dayanır. Lakin maraqlıdır ki, futbola bu qədər yüksək marağın olduğu İngiltərədə stadionların heç biri dünyanın ən böyük stadionları arasında yer almır.

Cempion.az Avstraliyanın "Daily Telegraph" qəzetinə istinadən bildirir ki, tamaşaçı tutumuna görə dünyanın ən böyük 10 stadionunun 8-i futbola yüksək marağın olmadığı ABŞ-da yerləşir.

"Daily Telegraph"ın məlumatlna görə, tamaşaçı tutumuna görə dünyanın ən böyük 10 stadionu bunlardır:

1. "1 May Stadionu" (Şimali Koreya) - 114 000

2. "Miçiqan Stedium" (ABŞ) - 113 065

3. "Biver Stedium" (ABŞ) - 110 753

4. "Ohayo Stedium" (ABŞ) - 104 944

5. "Kyle Field" (ABŞ) - 102 733

6. "Niyland Stedium" (ABŞ) - 102 455

7. "Tayger Stedium" (ABŞ) - 102 321

8. "Brayan Denni Stedium" (ABŞ) - 101 821

9. "Darrell Royal" (ABŞ) - 100 119

10. "Melburn Kriket Qraund" (Avstraliya) - 100 024

Oxundu: 159

© 2018 - NSPSOLUTIONS