çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

“Atletiko”nun prezidenti “Qarabağ”ın adını unudub

30.08.2018 15:53 Oxundu 2619

Madrid "Atletiko"sunun prezidenti Enrike Serezo Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından öncə açıqlama verib.

Cempion.az qafqazinfo-ya istinadən xəbər verir ki, klub başqanı ötən mövsüm ÇL-dəki uğursuz çıxışlarını xatırladıb. O, "Qarabağ"la matçlardakı xal itkisini yada salıb, lakin Ağdam təmsilçisinin adını unudub:

"Bütün komandalara qarşı diqqətli olmalıyıq. Bizim ötən il təcrübəmiz var. Adını xatırlamadığm bir klub qrup mərhələsində hər iki oyunda bizi büdrətdi. Bu il isə daha məşhur komandaları gözləyirik ki, qalib gələk".

Qeyd edək ki, ötən mövsüm "Qarabağ", "Atletiko", "Roma" və "Çelsi" klubları Çempionlar Liqasının C qrupunda mübarizə aparıblar. "Atletiko" "Qarabağ"la oyunlarda heç-heçə etmişdi (0:0, 1:1). Madrid klubu Avropa Liqası turnirində mübarizə apararaq, qalib olmuşdu.