cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Kosovo millisinin ulduz futbolçusu Bakıya gəlməyəcək - SİYAHI

03.09.2018 12:25 Oxundu 2028

İtaliyanın "Latsio" klubunun futbolçusu Valon Berişa UEFA Millətlər Liqasında Azərbaycan və Farer adaları ilə keçirəcəkləri oyunlarda Kosovo yığmasına kömək edə bilməyəcək. 25 yaşlı yarımmüdafiəçinin bir ay əvvəl əzələsindən aldığı zədə hələ tam sağalmayıb. O, qarşıdakı 2 matçdan kənarda qalmasını məyusluqla qarşıladığını bildirib: "Bir aydır ki, ağrıyıram. Kosovonun oyunlarınadək hazır olmağa çalışırdım. Lakin bu, alınmadı. Heyətə düşməməyim üzücüdür, amma indi əsas məsələ bərpa olunmağımdır. Daha yığmada bir oyun belə buraxmaq istəmirəm".

Kosovo milli komandasının heyəti:

Qapıçılar: Samir Uykani ("Rizespor", Türkiyə), Faton Maloku ("Kukesi", Albaniya), Visar Bekay ("Priştina");

Müdafiəçilər: Armi Rrahmani ("Dinamo" Zaqreb, Xorvatiya), Fidan Aliti ("Skenderbeu", Albaniya), Mergim Voyvoda ("Muskron", Belçika), Ardian İsmayli ("Hayduk" Split, Xorvatiya), Kastriot Dermaku ("Kosentsa", İtaliya), Leart Pakyarada ("Sandxauzen", Almaniya), Bencamin Kololli ("Sürix", İsveçrə), Yetmir Krasniqi ("Luqano", İsveçrə), Arbenit Xhemayli ("Ksamaks", İsveçrə);

Yarımmüdafiəçilər: Hekuran Kryeziu ("Sürix", İsveçrə), Herolind Şala ("Start", Norveç), İdriz Voka ("Lütsern", İsveçrə), Bernard Berişa ("Axmat", Rusiya), Arber Zeneli ("Herenven", Hollandiya), Milot Raşitsa ("Verder", Almaniya), Edon Jegrova ("Genk", Belçika), Bersant Tselina ("Suonsi", İngiltərə);

Hücumçular: Elbasan Raşani ("Odds", Norveç), Donis Avdiyay ("Villem II", Hollandiya), Vedat Muriqi ("Rizespor", Türkiyə), Atdhe Nuhiu ("Şeffild Uenzdey", İngiltərə).

Qeyd edək ki, Kosovo Azərbaycanla sentyabrın 7-də Bakı Olimpiya Stadionunda, Farer adaları ilə sentyabrın 10-da Priştinakı "Fadil Vokkri" stadionunda qarşılaşacaq. (Report)