03.09.2018 15:59
2467
Braziliya millisinin sabiq üzvü, “fenomeno” ləqəbli Ronaldo İspaniyanın “Valyadolid” klubunun səhmlərinin 51 faizini alıb. Cempion.az qafqazinfo-ya istinadən xəbər verir ki, veteran hücumçu bu gün klub prezidenti kimi təqdim edilib.
“Real” və “Barselona”nın sabiq ulduzunun səhmlər üçün 30 milyon avro ödədiyi bildirilir.
Qeyd edəkk ki, “Valyadolid” hazırda La Liqada 3 turdan sonra 2 xalla 16-cı pillədə qərarlaşıb.