şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

FIFA icarəyə verilən futbolçuların sayına məhdudiyyət tətbiq edə bilər

13.09.2018 14:26 Oxundu 3163

FIFA icarəyə verilən futbolçuların sayına məhdudiyyət tətbiq edə bilər. “Bild” xəbər verir ki, ali futbol qurumu maksimum 8 oyunçunun icarəsinə icazə verməyi planlaşdırır. Üstəlik, bir klubun digərinə ən çox 4 futbolçu göndərməsi nəzərə tutulub. Bununla belə, klubların 21 yaşadək yetirmələri istisna təşkil edəcək.

Qərar qüvvəyə minərsə, bu, ən çox İngiltərənin “Çelsi” və İtaliyanın “Yuventus” klublarına təsir edəcək. Bu klublar yay fasiləsində müvafiq olaraq, 40 və 26 oyunçusunu icarəyə verib.(Report)