çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Çempionlar Liqası: Qalatasaray və Barselona darmadağınla başladılar

19.09.2018 10:14 Oxundu 2222

Futbol üzrə Çempionlar Liqasında daha 3 qrupda 6 oyun keçirilib.

Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" doğma "Türk Telekom" stadionunda Rusiya çempionu "Lokomotiv"i darmadağın edib - 3:0.

Hesabı 9-cu dəqiqədə Qari Rodriges açıb. 67-ci dəqiqədə Eren Derdiyok fərqi artırıb. Oyunda son nöqtəni isə 90+3-cü dəqiqədə penaltidən Selçuk İnan qoyub.

D qrupunun digər oyununda "Şalke" Almaniyada Portuqaliya "Portu"su ilə 1:1 hesablı heç-heçə edib. Bu nəticələrdən sonra "Qalatasaray" 3 xalla vahid lider olub.

Günün mərkəzi qarşılaşması C qrupuna təsadüf edib. İngiltərədə "Liverpul" Fransa PSJ-si ilə görüşdə son dəqiqə qolu ilə qələbə qazanıb - 3:2. Qrupun digər görüşündə "Srvena Zvezda" Serbiyada İtaliya "Napoli"si ilə qolsuz heç-heçə edib.

A qrupunda Avropa Liqasının son qalibi İspaniya "Atletiko"su səfərdə "Monako"nu 2:1, Almaniyanın "Borussiya" (Dortmund) komandası isə Belçikada "Brügge"ni 1:0 hesabı ilə yenməyi bacarıb.

Qeyd edək ki, daha əvvəl B qrupunda "Barselona" İspaniyada Hollandiya PSV-sini 4:0, "İnter" İtaliyada İngiltərə "Tottenhem"ini 2:1 hesabı ilə məğlub edib.

Çempionlar Liqası, I tur

18 sentyabr

A qrupu

23:00. "Monako" (Fransa) - "Atletiko" (Madrid, İspaniya) - 1:2

Qol: Samüel Qransir, 18 - Dieqo Kosta, 32. Xose Ximenes, 45+1

23:00. "Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya) - 0:1

Qol: Kristian Pulişiç, 85

B qrupu

20:55. "İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə) - 2:1

Qollar: Mauro İkardi, 86. Matias Vesino, 90+2 - Kristian Eriksen, 53

20:55. "Barselona" (İspaniya) - PSV (Eyndhoven, Hollandiya) - 4:0

Qol: Lionel Messi, 32; 77; 87. Usman Dembele, 75

Qırmızı vərəqə: Samüel Yumtiti, 79 ("Barselona")

C qrupu

23:00. "Srvena Zvezda" (Serbiya) - "Napoli" (İtaliya) - 0:0

23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa) - 3:2

Qollar: Daniel Starric, 30. Ceyms Milner 36 (pen.). Roberto Firmino, 90+2 - Tomas Mönyö, 40. Kilian Mbappe, 83

D qrupu

23:00. "Şalke" (Almaniya) - "Portu" (Portuqaliya) - 1:1

Qollar: Bril Embolo, 64 - Otavio, 75 (pen.)

Dəqiq yerinə yetirilməyən penalti: Aleks Telles, 13 ("Portu")

23:00. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya) - 3:0

Qollar: Qarri Rodriges, 9. Eren Derdiyok, 67. Selçuk İnan, 90+4 (pen.)

Qeyd edək ki, turun qalan 8 oyunu bu gün keçiriləcək. (Report)