cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

“Azərbaycan futbol oynamağı bacarır” - Ukrayna yığmasının baş məşqçisi

22.09.2018 14:30 Oxundu 2262

“İlk oyunla müqayisədə bu dəfə fərqli mübarizə oldu”.

Çempion.az saytı xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının baş məşqçisi Vladimir Yezerski deyib. O, yerli futbol federasiyasının rəsmi saytına açıqlamasında Kiyevdəki toplanış çərçivəsində azərbaycanlı həmyaşıdları ilə keçirilən yoxlama görüşünü dəyərləndirib. Yezerski 3:0 hesablı qələbə qazanmalarına baxmayaraq, millimizin ünvanına tərif söyləyib: “Azərbaycan yığmasının gücünü bilirik. Rəqib sübut elədi ki, daha yaxşı futbol oynamağı bacarır. Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından Azərbaycanla oyunlar çox vacib idi. Bu matçlarda xətlər arasındakı əlaqəni gücləndirməyə çalışdıq”. Qeyd edək ki, bu komandalar arasında baş tutan ilk matçda ukraynalılar 7:0 hesabı ilə qalib gəliblər.