şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“Legiya” “Qarabağ”ın futbolçusunu istəyir

22.09.2018 16:24 Oxundu 2999

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak qışda ölkəsinə qayıda bilər.

Cempion.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, 32 yaşlı futbolçu sabiq klubu “Legiya”nın maraq dairəsindədir. Varşava təmsilçisinin yeni idman direktoru Radoslav Kuçarski də onu heyətə qatmaq istəyində olduqlarını gizlətməyib. O, qış fasiləsində heyətdə müəyyən dəyişikliklər olunacağını və Jezniçakla yanaşı, bir neçə oyunçuya transfer təklifi göndərəcəklərini istisna etməyib.

Qeyd edək ki, Yakub Jezniçak “Qarabağ”a ötən ilin yayında məhz “Legiya”dan keçib. Ağdam klubu ilə müqavilə müddəti cari mövsümün sonuna qədər olan Polşa millisinin sabiq üzvü 2004-2017-ci illərdə “Legiya”nın şərəfini qoruyub.