cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“Qəbələ”nin 3 il 7 aylıq səfər sindrom

23.09.2018 18:40 Oxundu 2088

Topaz Premyer Liqasında bu gün V tura yekun vurulacaq. Cempion.az saytının məlumatına görə, ötən mövsümü ilk iki pillədə başa vuran “Qarabağ”la “Qəbələ” “Azərsun Arena”da üz-üzə gələcəklər. Bu matç rəqiblərin ölkə çempionatında 41-ci dueli olacaq. İndiyəqədərki 40 görüşdə “Qarabağ” daha çox – 18 dəfə qələbəyə sevinib. “Qəbələ”nin isə aktivində 10 qalibiyyət var. Digər 12 qarşılaşmada sülh qeydə alınıb. “Qəbələ” bu oyunlarda 36 qol vurub, 49-nu buraxıb. Bakıda baş tutan 20 matçın yalnız 3-də “qırmızı qaralar” 3 xal əldə ediblər. Doğma azarkeşləri önündə 10 qələbə qazanan ağdamlılar 7 dəfə isə bərabərliyə nail olublar. “Qəbələ” paytaxtda axırıncı qalibiyyətini 2015-ci ilin feyral ayında (1:0) qazanıb. Son 3 il 7 ay ərzində keçirilən “Qarabağ” – “Qəbələ” görüşlərinin 3-də ev sahibləri qalib gəliblərsə, 3 dəfə də tərəflər xalları yarı bölüblər. Digər diqqətçəkən məqam ondan ibarətdir ki, bu klublar arasındakı son 3 dueldə 1-dən çox qol vurulmayıb. Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu 20:30-da start götürəcək.