cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Qələbəyə həsrət “Zirə”

23.09.2018 18:54 Oxundu 2145

Azərbaycan Premyer Liqasının V turunda “Zirə”nin qonağı olan “Neftçi” minimalhesablı qələbə (2:1) qazanıb. Cempion.az saytının məlumatına görə, bununla “flaqman” rəqibi ilə keçirdiyi 13-cü qarşılaşmada 2-ci qalibiyyətini əldə edib. 2015-ci ildən başlayan rəqabətdə rəqibini ilk dəfə bu ilin aprel ayında səfərdə üstələyən (3:0) “Neftçi” artıq 3 oyundur ki, “Zirə”yə uduzmur. Samir Abasovun çalışdırdığı komanda son 10 aydakı 3 paytaxt derbisində qələbəyə həsrət qalıb və cəmi 1 dəfə heç-heçəyə sevinə bilib. Geridə qalan 13 görüşdə rəqib qapısından 9 top keçirən “Neftçi” özü 16 dəfə mərkəzə dəvət edilib. Qeyd edək ki, 5 turdan sonra aktivində 13 xal olan “Neftçi” liderliyini davam etdirir. “Zirə” isə keçirdiyi 4 qarşılaşmada cəmi 1 xal toplaya bilib və bu mövsüm qələbəyə həsrətdir.