cümə, 29 mart 2024

GÜLƏŞ

Güləşçilərimiz Trnavada 4-cü oldu

24.09.2018 17:11 Oxundu 2306

Slovakiyanın Trnava şəhərində başa çatan gənc güləşçilərin dünya çempionatında sərbəst güləş üzrə yığmaların sıralaması müəyyənləşib.
Millimiz 91 xal toplayaraq komanda hesabında 4-cü yeri tutub. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında mundiala 10 güləşçiylə yollanan yığmamız 4 medal qazanıb. Hacımurad Hacıyev (70 kq) qızıl, Abubakr Abakarov (74 kq) gümüş, Orxan Abasov (79 kq) və Asxab Həmzətov (92 kq) isə bürünc medal əldə edib.
Qeyd edək ki, DÇ-də Rusiya (182) birinci, ABŞ (115) ikinci, İran (98) isə üçüncü yeri tutub.