cümə, 29 mart 2024

ŞAHMAT

Şahmatçılarımız Ermənistan şahmatçılarına QALİB GƏLDİLƏR

28.09.2018 19:23 Oxundu 2902

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının 5-ci turunda kişilərdən ibarət Azərbaycan milli komandası Ermənistan komandası ilə qarşılaşıb.

Cempion.az xəbər verir ki, komandalar aşağıdakı şəkildə üz-üzə gəliblər. Oyunun yekununda komandamız 2.5 - 1.5 hesabı ilə qalib gəliblər.
Şəhriyar Məmmədyarov - Levon Aronyan 1-0
Teymur Rəcəbov - Qabriel Sarkisyan 1-0
Arkadi Naydiç - Qrant Melkumyan 0-1
Rauf Məmmədov - Xaik Martirosyan 0.5-0.5

Məlumat üçün qeyd edək ki, Dövlət Neft Şirkətinin (SOCAR) sponsoru olduğu olimpiadada 185 ölkədən 4 minə yaxın şahmatçı və nümayəndə heyəti iştirak edir. Azərbaycanı yarışda kişi və qadınlardan ibarət iki komanda təmsil edəcək. Qədir Hüseynovun rəhbərlik etdiyi kişilərdən ibarət komandada ölkəmizin idman şərəfini Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naidiç, Rauf Məmmədov və Eltac Səfərəli qoruyacaqlar. Qadınlardan ibarət komandada isə Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Xanım Balabəyova, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva mübarizə aparır. Komandanın məşqçisi Fikrət Sideyifzadədir.