cümə, 19 aprel 2024

DİGƏR NÖVLƏR

Nurməhəmmədov-Makqreqor döyüşündən sonra kütləvi dava - VİDEO

07.10.2018 10:10 Oxundu 2524

Bu gün keçirilən UFC döyüşündən sonra tərəflər oktaqondan kənarda da gücünü göstərməyə çalışıb. Cempion.az oxu.az-a istinadən xəbər verir ki, Həbib Nurməhəmmədov Konor Makqreqoru boğma fəndindən sonra təslim etdikdən sonra ona söz atan irlandiyalı məşqçilərin üzərinə cumub.

Bu, oktaqondan kənarda baş verib. Həmçinin Həbib tərəfdarlarından biri də Makqreqora çəkib və ona yumruq zərbəsi endirib. Təhlükəsizlik qüvvələri araya daxil olaraq tərəfləri güclə sakitləşdirə bilib.

Nəticədə hər iki idmançı zaldan çıxarılıb və kəmər Həbib Nurməhəmmədova təqdim edilməyib.

döyüş