cümə, 26 aprel 2024

DİGƏR NÖVLƏR

Yığmamız Premyer Liqada iştirak edəcək

08.10.2018 14:19 Oxundu 1929

Karate üzrə Azərbaycan millisi Yaponiyayanın paytaxtı Tokioya yola düşüb.

Cempion.az saytı xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) ən nufuzlu turniri sayılan Karate 1 Premyer Liqa turnirində 12 idmançımız iştirak edəcək. Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi inzibati heyətdə vitse-prezident Rəhman Hətəmov, Baş katib MirHəsən Seyidov, Baş hakim və beynəlxalq hakim Cahangir Babayev, eləcə də Vüqar Kərimov və Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov yer alıb.

Baş məşqçilər Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Vahid Ayvazov, o cümlədən böyük məşqçi Seymur Hüseynov kumite turnirində 11, kata yarışlarında isə 1 idmançını müşayiət edəcək. Heyətə Firdovsi Fərzəliyev (-60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq) daxil edilib.

Mövsümün 7 mötəbər Premyer Liqa turnirindən olan son Tokio mərhələsi, həm də noyabrda İspaniyada dünya çempionatına yekun hazırlıq yarışı olacaq. Bu gün səfərə çıxan heyət, oktyabrın 16-da Bakıya dönəcək.