cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Həbibin Konoru döyərkən ona nə dediyi məlum oldu

08.10.2018 16:23 Oxundu 2092

Bir çox tamaşaçı Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında döyüş zamanı dağıstanlı və irlandiyalının bir-birilə danışdıqlarını görüb.
Cempion.az “Life.ru” portalına istinadla xəbər verir ki, H. Nurməhəmmədov dialoq aparmağa çalışıb, lakin irlandiyalı ona cavab verməyib.
Bu dialoq döyüşün ikinci raundunda baş verib. Həmin vaxt H. Nurməhəmmədov teykdaun fəndi işlədərək K. Makqreqoru yerdə döyməyə başlayıb. Bu zaman dağıstanlı ona “Gəl, indi danışaq” cümləsi ilə müraciət edib.
H. Nurməhəmmədov bu sözlərilə K. Makqreqora əvvəl dediyi sözləri xatırlatmaq istəyib. Xatırladaq ki, döyüşdən öncə K. Makqreqor rəqibini parça-parça olanadək döyəcəyini demişdi.