cümə axşamı, 28 mart 2024

DİGƏR NÖVLƏR

Vüqar Talıbov Azərbaycana ilk qızıl medal qazandırdı

08.10.2018 17:11 Oxundu 2357

Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında cüdo yarışlarında ölkəmizi təmsil edən yeniyetmə cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək tarix yazıb. 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Yəmən, Tacikistan, Domimikan Respublikası və Rusiya idmançılarını məğlub edərək Olimpiya Oyunlarının qızıl medalını qazanıb. Vüqar Talıbova Olimpiadanın qızıl medalı təqdim olunub və onun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib.

Cüdoçumuz final görüşündən sonra fikirlərini bildirib.

“Özümü çox xoşbəxt hiss edirəm. Ən əsası, Azərbaycana ilk qızıl medalı qazandırdığım üçün çox sevinirəm. Federasiyamızın rəhbərliyinə və üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”, - V.Talıbov bildirib.

Qeyd edək ki, Vüqar Talıbov yeniyetmələr arasında olimpiya çempionu olan ilk azərbaycanlı cüdoçu kimi tarixə düşüb.

Mənbə: judo.az