çərşənbə axşamı, 16 aprel 2024

DÜNYA FUTBOLU

Böyük məbləğə transfer olunub komandasında şans tapmayan futbolçular

09.10.2018 17:14 Oxundu 2876

Günümüzdə transfer bazarında fanatastik rəqəmlərə rast gəlirik. Həmin futbolçular bu pulların qarşısında baxımlı oyun sərgiləyirlər. Ancaq elə futbolçular var ki, bəzən oynamaq imkanı qazana bilmir.

Cempion.az bu yazıda sizə həmin futbolçulardan bəzilərini təqdim edəcək.

1. Vinikius Juniyor 45 milyon avroya “Real Madrid”ə transfer olunub sadəcə 12 dəqiqə meydanda olub.

2. Malcom 41 milyon avroya “Barselona”ya keçidi reallaşıb La Liqada 25 dəqiqə yaşıl meydanlarda olub.

3. Fabiniyo “Liverpul” üçün 45 milyon avroya alınıb. Premyer Liqada bir oyunda belə iştirak etməyib.

4. Mattia Kaldara “Milan”a keçidi 35 milyon avroya başa gəlib. A seriyasında oynamayıb. Avropa Liqasında 1 oyuna çıxıb.

5. “Napoli” klubu Fabian Ruiz üçün 30 milyon avro xərcləsə də oyunçu sadəcə 4 oyun oynamaq şansı qazanıb.

6. “Qarabağ”la da oyunda “Arsenal”ın heyyətində yer alan Bernd Leno üçün London təmsilçisi 25 milyon avro ödədiyinə baxmayaraq çərçivə qoruycusu əsas heyyətə düşə bilmir.

7. 25 milyon avro ödənmiş digər az şans tapan oyunçu isə “Milan”a transfer olunmuş Samu Kastillexodur.

8. Kristiano Ronaldonun nömrəsini daşıdığına baxmayaraq hələki 154 dəqiqə forma şansı tapan Mariano Diaz isə Madrid klubuna 21 milyon avroua transfer olunub.

9. Türkiyəli futbolçu Çağlar Söyüncü “Lester Siti” klubuna 21 milyona transfer olsa da İngilis dilini yaxşı bilməməsi üçün heyyətdə yer ala bilmir.

10. Siyahımızın sonunda isə 20 milyon avroya “Seviliya”ya transfer olunan Kuins Promesdir. Ümumilikdə bu mövsüm o 257 dəqiqə formasını tərlədib.