cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Taekvondoçumuz Olimpiadada bürünc medal qazandı

10.10.2018 09:44 Oxundu 1802

Azərbaycan millisinin taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. Cempion.az xəbər verir ki, bu il dünya çempionu adını qazanan “Qəbələ” klubunun idmançısı Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında da fərqlənib.

63 kq çəki dərəcəsində çıxış edən Ağayev 1/8 finalda Cənubi Sudan təmsilçisi Stefan Atem ilə qarşılaşıb. Döyüşün gedişində afrikalı taekvondoçu diskvalifikasiya olunub. 1/4 finalda Cavadın rəqibi İran idmançısı Həmed Əsgəri Mahiabadi olub. 9:8 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib.

Ağayev finalın bir addımlığında Cənubi Koreya taekvondoçusu Ço Vun Hu ilə üz-üzə gəlib. 13:15 hesabı ilə məğlub olan təmsilçimiz Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb.