cümə, 19 aprel 2024

VOLEYBOL

Voleybolçularımız növbəti mərhələ şansını itirdi

10.10.2018 10:01 Oxundu 2035

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının ikinci mərhələsində üçüncü oyununu keçirib.Türkiyə ilə qarşılaşan yığmamız 1:3 (26:24, 25:17, 22:25, 25:21). hesabı ilə məğlub olub.

Qeyd edək ki, bunadək İtaliya və Çin yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra üçüncü mərhələyə vəsiqə qazanmaq şansını itirib. Yığmamız qrupunda formal xarakter daşıyan son matçını oktyabrın 11-də Bolqarıstana qarşı keçirəcək.

(Qol.az)