cümə, 29 mart 2024

VOLEYBOL

Millimiz uduzdu, məşqçi razı qaldı

10.10.2018 11:28 Oxundu 2568

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Yaponiyadakı dünya çempionatının qrup mərhələsi çərçivəsində Türkiyə ilə qarşılaşıb və meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib. Cempion.az xəbər verir ki, qarşılaşmadan sonra hər iki komandanın nümayəndəsi turnirin rəsmi saytına fikirlərini bildirib.

Famil Ağayev (Azərbaycan millisinin məşqçisi): “Türkiyə yığması çox yaxşı oynadı. Məncə, biz birinci və xüsusən də, üçüncü seti yüksək səviyyədə keçirdik. Ancaq oyunda çoxlu səhvlərə yol verdik. Qarşıdakı matça yaxşı hazırlaşmalıyıq. Çünki bu, dünya çempionatında son oyunumuz olacaq”.

Odina Əliyeva (Azərbaycan millisinin kapitanı): “Bu gün qələbə qazanmağı çox arzulayırdıq. Amma kifayət qədər səhvlər etdik. Sabah Bolqarıstanla son oyunumuza çıxacağıq. Ümid edirəm ki, qalib gələcəyik”.

Covanni Quydetti (Türkiyə millisinin baş məşqçisi): “Əlbəttə ki, nəticə məni razı salır. Lakin oyunumuzdan razılıq bildirməyəcəm. Hələ də böyük təzyiq altında çıxış edirik və istədiyimiz oyunu göstərə bilmirik”.