şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Arda Turandan növbəti “qəhrəmanlıq”

10.10.2018 14:06 Oxundu 2502

Türkiyəli məşhur futbolçu Arda Turan son zamanlar futboldan kənar xoşagəlməz hərəkətləri ilə medianın gündəmindən düşmür. Bu hadisələrdən biri də ötən gün baş verib. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən gecə restoranların birində Arda türk müğənni Berkayla hələki mətbuata məlum olmayan səbəbdən mübahisə etməyə başlayıblar. Mübahisə dava ilə yekunlaşıb və Arda Berkayın burnunu sındırıb. Burnu qırılmış müğənni restorandan gedib. Arda isə istirahətinə davam edib.