cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırıldı

10.10.2018 18:41 Oxundu 2128

Avropa Futbol Federasiyaları Birliyi (UEFA) Millətlər Liqasına qatılan komandalar üçün mükafatın məbləğini artırb. Bu barədə UEFA-nın yaydığı pres-relizdə bildirilir.

A Liqasının iştirakçıları üçün yenilənmiş həmrəylik bonusu (iştirak haqqı) 2.25 milyon avro , B Liqası iştirakçıları üçün 1.5 milyon avro, C Liqası iştirakçıları üçün - 1.125 milyon avro, D Liqası iştirakçıları üçün - 750.000 avro olacaq. Qrup mərhələsinin qaliblərinə mükafatlar da artırılmışdır. . Onların məbləği həmrəylik bonuslarının məbləğinə bərabərdir.

Millətlər Liqası yoldaşlıq matçlarını əvəz edəcək yeni bir UEFA turniridir. Komandalar dörd liqaya bölünür: -A (ən güclü), B, C və D (ən zəif). Hər liqada iştirakçılar dörd qrupa bölünür və hər qrup iki dövrəlik turnirdə oynayır, A, B və C liqalarının ən zəif nəticə göstərmiş komandaları özündən aşağıdakı liqaya düşür, B, C və D liqalarının qalibləri isə özünən yüksəkdəki liqaya keçir. Millətlər Liqasının iştirakçıları 2020-ci il Avropa Çempionatının final mərhələsinə dörd vəsiqə qazanacaqlar. Hər liqanın dörd qalibi bir vəsiqə uğrunda yarışacaqlar.

A Liqasının dörd qalibi 2019-cu ilin iyun ayında Millətlər Liqası kuboku uğrunda yarışacaq, onların mükafatları da artır. Turnirin qalibi 6 milyon avro, ikinci yeri tutan komanda - 4,5 milyon avro, üçüncü - 3,5 milyon avro, dördüncü - 2,5 milyon avro.