cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Kokorin və Mamaev yalnız pivə içdiklərini bildiriblər

11.10.2018 17:10 Oxundu 2577

Futbolçular Aleksandr Kokorin və Pavel Mamaev bu gün saat 9-dan etibarən Müvəqqəti Saxlanma Mərkəzinə gəliblər. Onlar ayrı-ayrı kameralarda yerləşdiriliblər. Futbolçular o gün yalnız pivə içdiklərini iddia edirlər. Bunu "RİA Novosti"yə Moskva Müvəqqəti Saxlanma Mərkəzinin məsul katibi Melnikov bildirib.

Melnikov deyib ki, onlar dindirilməyə hazır gəliblər, görünür həbs olunacaqlarını başa düşüblər, budakı şəraitdən narazılıq etmirlər. Kokorin və Mamayev narkotik maddə qəbul etdiklər barədə iddianı qəti şəkildə rədd edirlər, sadəcə futboldan sonra çox yorulduqlarını, buna görə də nə etdiklərini anlamayıblar. Onlar günahlarını qismi olaraq etiraf edir və baş verənlərə görə üzr istəyirlər.