çərşənbə, 17 aprel 2024

DÜNYA FUTBOLU

Mbappe dünyanın ən bahalı futbolçusu ola bilər

13.10.2018 17:28 Oxundu 2509

Futbol dünyasında daha bir astronomik qiymətə transfer gerçəkləşə bilər. Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, “Mançester Siti” klubu bütün transfer büdcəsini yalnız Kilian Mbappe üçün xərcləməyi planlaşdırıb. Komandanın baş məşqçisi Pep Quardiolanın da istədiyi futbolçu üçün rəhbərlik 330 milyon avronu gözdən çıxarıb. Qeyd edək ki, hal hazırda ən yüksək qiyməli futbolçu neymardır. O, “Barselona”dan “PSG”yə 222 milyon avroya keçmişdi.