cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Karateçilərimizdən uğursuz nəticə

15.10.2018 10:05 Oxundu 1909

Azərbaycan idmançıları Tokioda Karate1 Premyer Liqa seriyasından ilin son turnirində uğursuz çıxış ediblər.
Firdovsi Fərzəliyev,Rafiz Həsənov, Nuranə Əliyeva təsəlliverici çıxışlara, Asiman Qurbanlı isə bürünc mükafat uğrunda həlledici görüşə qatılsa da, zədə alan F.Fərzəliyev və A.Qurbanlı mükafatçılar sırasına düşə bilməyib.

Ayxan Mamayev üçüncü görüşdə ciddi zədələnərək məğlubiyyətə məcbur olub. Şahin Atamov hakim səhvi üzündən məğlub olub.
Sonda ilin ən nüfuzlu turnirinin yekunlarına görə müxtəlif çəki dərəcələrində fərqlənən idmançılara "Grand Winners" mükafatı təqdim olunub. Rafael Ağayev bu mükafata layiq görülüb.

(Sportinfo.az)