cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

“Başakşehir” Arda Turanı cəzalandırdı

16.10.2018 15:45 Oxundu 1989

Son günlər gündəmdən düşməyən Arda Turanın cəzası məlum olub. Cempion.az xəbər verir ki, bu barədə futbolçunun komandası rəsmi məlumat yayıb. Məlumatda bildirilir: “İdarə heyətimiz bildirir ki, futbolçunun idmançıya uyğun olmayan hərəkətləri klubumuzun etik və peşəkarlıq anlayışına zidd olduğu üçün komandamız heç bir məsuliyyət daşımır. Buna görə “Başakşehir” Futbol Klubu olaraq daxili nizamnaməmizə əsasən, futbolçuya 2,5 milyon TL pul cəzası veririk”. Qeyd edək ki, Arda Turan dava edərək müğənni Berkayın burnunu sındırıb.