şənbə, 20 aprel 2024

DİGƏR NÖVLƏR

Millimiz Argentinadan 6 medalla qayıdır

18.10.2018 10:10 Oxundu 1783

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən III Yay Olimpiya Oyunları Azərbaycan üçün başa çatıb. Cempion.az xəbər verir ki, millimiz yarışı 6 medal sonlandırıb. Vüqar Talıbov(cüdo) və Turan Bayramov(sərbəst güləş) olimpia çempionu adına yiyələniblər. Tarmenxan Babayev(ağırlıqqaldırma) gümüş medal qazanıb. Cavad Ağayev(taekvando), Şəhanə Nəzərova(güləş), Nurlan Səfərov(boks) isə bürünc mükafatçılar sırasına adlarını yazdırıblar. Qeyd edək ki, komandamız bu nəticə ilə olimpiadanı 31-ci pillədə yekunlaşdırıb.