18.10.2018 12:49
2000
Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.
Cempion.az xəbər verir ki, ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli qızıl medal qazanıb. Fərhad Rəcəbli Rusiya, ABŞ və Braziliyadan olan rəqiblərini məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.
Qeyd edək ki, bu idmançımızın usta cüdoçular arasında qazandığı 8-ci çempionluqdu.