cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

19.10.2018 14:27 Oxundu 2130

Bu gün AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Topaz Premyer Liqası və l Divizionda çıxış edən klub nümayəndələri üçün 2019-20-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

İclasda aşağıda qeyd olunmuş mövzuları haqqında ətraflı məlumat verilib:

- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat

- Ötən mövsümün icmalı

- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirləri haqda məlumatı

İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.