20.10.2018 12:14
2038
MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. Cempion.az xəbər verir ki, həmyerlimiz “Fight Night Global 90” turniri çərçivəsində rusiyalı döyüşçü Mixail Qoqitzeni məğlub edib. Qeyd edək ki, Nəriman Abbasov “Qəbələ” İdman Klubunun yetirməsidir. O, karyerası ərzində keçirdiyi 27 döyüşün 23-də qələbə qazanmağı bacarıb.