cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Maurisio Poşettino: "Tottenhem" inkişaf proqramını qabaqlayır"

22.10.2018 18:45 Oxundu 3615

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino son illər klubun keçdiyi inkişafın yolundan danışıb.

"Son dörd il yarım ərzində biz rəqabət qabiliyyətimizi nümayiş etdirdik. Komandanın və klubun inkişafında son addım titul qazanmaqdır. Bu məqsədə yaxınlaşmaq üçün təzyiqlərə dözməyi bacarmalıyıq. Qazanmaq istədiyiniz zaman bu təzyiqlərin necə dəf etmək lazım olduğunu öyrənməlisiniz. Dörd il yarım əvvəl mənə "Tottenhem"də bir iş təklif edildi. Təklifin çərti belə idi ki, yeni stadiona köçən anda Çempionlar Liqasında oynağa qadir bir komanda formalaşdırmaq. İndi ardıcıl olaraq üçüncü dəfə Çempionlar Liqasında oynayırıq. Bu o deməkdir ki, biz klubun inkişaf proqramını qabaqlayırıq".- "Sky Sports" Poçettinodan sitat gətirir.