cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“Slaviya”da çıxış edən azərbaycanlı futbolçu fərqləndi

23.10.2018 12:29 Oxundu 2259

U-21 yığmamızın üzvü Fərid Nəbiyev komandasının heyətində yenidən fərqlənə bilib. Cempion.az xəbər verir ki, Çexiyanın “Salviya” klubunun 21 yaşadək olan komandasının şərəfini qoruyan həmyerlimiz “Viktoriya” ilə oyunun 14-cü və 21-ci dəqiqəsinə fərqlənib. Oyun 3-3 hesabı ilə başa çatıb. Bununla da Fərid Nəbiyev qollarının sayını 8-ə çatdırıb.