şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

“Fənərbaxça”nın hədəfində dünya ikincisi - İDDİA

23.10.2018 12:58 Oxundu 2140

Son günlər göstərdiyi zəif oyunu ilə tənqidləri üzərinə çəkən “Fənərbaxça” klubunda baş məşqçi dəyişikliyi gözlənilir. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hal hazırda klub rəsmləri xorvatiyalı Zlatko Daliçlə maraqlanır. Təcrübəli mütəxəssisin də artıq klub çalışdırmaq istəməsi bu variantın real ola biləcəyini istisna etmir. Xorvatiya futbol federasiyası ilə 2020-ci ilə qədər müqaviləsi olan Daliçlə razılıq əldə olunarsa o həm “Fənərbaxça”nı, həm də Xorvtaiya millisini çalışdıracaq. Qedy edək ki Zlatko Daliç Xorvatiya milli komandasını dünya çempionatının gümüş medallarını qazandırıb.