cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Premyer Liqa: "Qəbələ" "Sabah"ı məğlub edib

04.11.2018 20:43 Oxundu 1744

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir görüşü keçirilib. İkinci oyun gününün ilk matçında "Qəbələ" və "Sabah" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 5-ci dəqiqədə Ceyms Adeniyi açıb. Bundan 10 dəqiqə sonra isə Stiven Monroz "Qəbələ"nin ikinci qolunu vurub. "Sabah" təsəlli qoluna 52-ci dəqiqədə imza atıb. Bəxtiyar Soltanov fərqi azaltsa da, komandasının bundan artığına gücü çatmayıb.

Bu qələbə sayəsində xallarını 12-yə çatdıran "Qəbələ" 5-ci pilləyə yüksəlib. "Sabah" isə 16 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, turun ilk oyun günündə "Neftçi" səfərdə "Keşlə"ni 1:0, "Qarabağ" evdə "Sumqayıt"ı 2:0 hesabı ilə yenib. Tura saat 19:00-da başlanacaq "Zirə" - "Səbail" matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, X tur

4 noyabr (bazar)

17:00. "Qəbələ” – "Sabah” - 2:1

Qollar: Ceyms Adeniyi, 5. Stiven Monroz, 15 - Bəxtiyar Soltanov, 52

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Qəbələ şəhər stadionu

I dövrə - 0:1

(report)