cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Karateçimiz 3 ermənini məğlub edərək çempion oldu - FOTO

06.11.2018 17:03 Oxundu 2518

11 yaşlı azərbaycanlı məktəbli Mehdi Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə Kyokşin karate üzrə keçirilən Qafqaz çempionatının qalibi olub. O, Gürcüstanda noyabrın 4-də keçirilən Qafqaz ölkələrinin kyokşin karate üzrə Qafqaz cempionatında 10-11 yaşlı və çəkisi 30 kq olan döyüşcülərin arasında çempion olub.

Bu çəki dərəcəsində 10 gürcü, 7 erməni və 2 azərbaycanlının iştirak etdiyi turnirdə Mehdi Hüseynov 1/8 finalda gürcü döyüşçüsünə, 1/4, yarımfinal və final döyüşlərində isə ardıcıl 3 erməni idmançısına qarşı əla döyüşərək tam qələbə qazanıb.

Qeyd edək ki, Hüseynov Mehdi Taleh oglu 3 avqust 2007-ci ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə 83 saylı litseyə gedib. 2015-ci ildən kyokşin karate idaman növü ilə məşğul olmağa başlayıb. 3 dəfə Azərbaycan, 7 dəfə Bakı çempionu olub. Ötən il öz doğum günündə o, Türkiyədə keçirilən beynəlxalq turnirdə bütün rəqiblərini udaraq birincilik qazandıqdan sonra, əldə etdiyi nəticələrinə görə, 2017-ci ildən Azərbaycan Kyokşin karate yığmasının əsas heyətinə daxil edilib.

Mehdinin şəxsi məşqçisi 4-cü dan qara kəmər sahibi, Beynəlxalq dərəcəli hakim, Əməkdar müəllim Qələndar Aslanovdur. Yığma komandaya isə 3-cü dan qara kəmər sahibi Oruc Səfərov rəhbərlik edir.(milli.az)