cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

UEFA həftənin ən yaxşı oyunuçusu namizədlərinin adını açıqlayıb

08.11.2018 09:52 Oxundu 1900

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu və ən yaxşı qolunun müəllifi adına namizədləri açıqlayıb. Cempion.az xəbər verir ki, ən yaxşı oyunçu adı uğrunda Harri Keyn ("Tottenhem"), Kərim Benzema ("Real Madrid"), Riyad Mahrez ("Mançester Siti") və Milan Pavkov ("Srvena Zvezda") mübarizə aparacaqlar. Ən yaxşı qolun müəllifi yarışında isə Milan Pavkov ("Srvena Zvezda"), Rəhim Sterlinq ("Mançester Siti") , Otavio ("Porto") və Kriştiano Ronaldonun ("Yuventus") vurduğu toplar iştirak edəcək. Qedy edək ki, səsvermə UEFA-nın rəsmi internet səhifəsində azarkeşlərin səsverməsi nəticəsində aparılacaq.