cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Qvardiola türkiyəli futbolçunu istəyir

08.11.2018 16:10 Oxundu 2207

"Roma"nın türkiyəli futbolçusu Cengiz Ünderin transferinə aid xəbərlər gündəmi zəbt edib. Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, avropanın bir neçə nəhəng klubunun hədəfində olan türk futbolçunu ən çox heyətinə qatmaq istəyən, "Mançester Siti"dir. Bunun əsas səbəbi isə komandanın baş məşqçisi Pep Qvardiolanın Cengiz Ünderi istəməsidir. İki klub arasında razılıq əldə olunarsa, qış transfer pəncərəsində Cengiz Ünder "Mnçester Siti"nin heyətinə cəlb olunacaq. Bu keçid üçün "şəhərlilər" "Roma"ya 50 milyon varo ödəyəcək.