09.11.2018 15:17
2102
"Arsenal"ın oyunçusu Dani Uelbek ciddi xəsarət alıb. Cempion.az xəbər verir ki, futbolçu avroliqanın qrup mərhəlsi çərçivəsində "Sportinq"lə görüş zamanı hava mübarizəsindən sonra uğursuz yerə düşərək ayaq biləyini qırıb. Hadisə matçın 25-ci dəqiqəsində yaşanıb. Hücumçu oyunu xərəkdə tərk edib. Qeyd edək ki, hər iki komanda avroliqada "Qarabağ"la eyni qqrupda yer alıb.