cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Çempionlar Liqası və Premyer Liqada VAR tətbiq olunacaq

16.11.2018 10:16 Oxundu 1908

İngiltərə Premyer Liqası və Çempionlar Liqasında gələn mövsümdən etibarən VAR-dan (Video Köməkçi Hakim) istifadə ediləcək. Cempion.az xəbər verir ki, daha öncə "FA CUP"-da tətbiq olunmuş VAR, federasiyanın qərarı ilə 2020-2021-ci il mövsümündən Premyer Liqanın oyunlarına da şamil olunacaq. Qeyd edək ki, futbol ictimaiyyəti UEFA-nın qərarına əsasən gələn mövsümdən etibarən VAR sistemini qitənin ən nüfuzlu klub turnirində də görə biləcək.