cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Neymar: "Emeri komandasının nailiyyət əldə etməsi üçün hər şey edir"

16.11.2018 13:28 Oxundu 2184

"PSJ"nin brazilyalı ulduz futbolçusu Neymar Uruqvayla oynayacaqları yoldaşlıq görüşündən əvvəl jurnalistlərin suallarını cavablandırıb. Cempion.az xəbər verir ki, Neymarın diqqət çəkən açıqlamaları keçmiş baş məşqçisi Unay Emeri haqqında olub. O deyib: "Unay Emeri çox mükəmməl bir adamdır. "Arsenal" çox şanslı komandadır ki, onun kimi baş məşqçisi var. Çünki Emeri komandasının nailiyyət əldə etməsi üçün hər şey edir. İnanıram ki, "Arsenal"la bir çox uğurlara imza atacaq. Bunun yaxın gələcəkdə görəcəksiniz". Qeyd edək ki, Neymar Emerinin "PSJ"nin baş məşqçisi olduğu vaxt 30 oyuna 28 qol və 16 məhsuldar ötürmənin müəllifi olub.