cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Mouriniyo "Totenhem"in futbolçusunu izləyib

17.11.2018 11:38 Oxundu 2223

Son oyunlarda müdafiə xəttində problemlər yaşayan "Mançester Yunayted" klubu qış transfer pəncərəsində bu problemi həll edəcək. Cempion.az xəbər verir ki, komandanın baş məşqçisi Joze Mouriniyo "Totenhem"in müdafiəçisi Tobi Alderveiredi komandasında görmək istədiyini rəhbərliyə bildirib. Millətlər Liqasında Belçika - İslandiya oyunda Mouriniyonun futbolçunu izləməsi onun "qırmızı şeytanların" heyətinə keçəcəyini real göstərir. Qeyd edək ki 2015-2016-cı ildə Tobi Alderveired "Atletiko Madrid"dən "Totenhemin" keçib.